İsrailin müxalifət partiyası sayılan “Yeş Atid”in lideri Yair Lapid Türkiyənin Yaxın Şərqdə ən güclü donanmaya malik olduğunu deyib.
KONKRET.az xəbər verir ki, o, Ankaranın Böyük Britaniya və Almaniyadan “Eurofighter Typhoon” qırıcı təyyarələrini əldə etməsinin qarşısını almağa çağırıb.
Lapid Benyamin Netanyahu hökumətini bu məsələdə hərəkətsizlikdə ittiham edib. Onun sözlərinə görə, İsrailin normal fəaliyyət göstərən diplomatiyası və ya tam hüquqlu hökuməti olsaydı, Almaniya və Böyük Britaniya “Eurofighter Typhoon” qırıcılarının Türkiyəyə satılması ilə bağlı yeni razılaşmanı çoxdan əngəlləyərdi.
Müşviq Tofiqoğlu
KONKRET.az