Tusk: Ukraynada sülh bir neçə həftə ərzində mümkün ola bilərbackend

Tusk: Ukraynada sülh bir neçə həftə ərzində mümkün ola bilər

Polşa Baş naziri bildirib ki, Ukraynada sülh artıq uzaqda deyil və baş verən hadisələr bu münaqişənin nisbətən tezliklə sona çatacağına ümid verir, lakin bu hələ də 100% zəmanət deyil.

KONKRET.az xəbər verir ki, Donald Tusk deyib: “Sülh artıq uzaqda deyil, bu yaxın həftələrdə baş verə bilər, aylar və ya illər deyil. Yanvar ayına qədər biz hamımız bir araya gələrək Ukraynanın və bu bölgənin gələcəyi ilə bağlı qərarlar qəbul etməliyik”.

Baş nazir əlavə edib ki, ABŞ tərəfindən Kiyevə təklif olunan təhlükəsizlik zəmanətləri münaqişənin yaxın zamanda başa çatacağına ümid yaradır, lakin Ukraynanın bunun müqabilində müəyyən ərazi güzəştlərinə getməsi lazım olacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*