Twitter 28 ölkədə RİA Novosti-nin hesablarını BLOKLADIbackend

Twitter 28 ölkədə RİA Novosti-nin hesablarını BLOKLADI

Twitter Avropa İttifaqı və Böyük Britaniyada RİA Novosti-nin hesablarını bloklayıb.

KONKRET.az xəbər verir ki, Twitter sosial şəbəkəsi Aİ və Böyük Britaniyadan “RİA Novosti” və “Prime” xəbər agentliklərinin hesablarına daxil olarkən “hesablara giriş bağlanıb” mesajı göndərir. Sosial şəbəkə media səhifələrinin bloklandığını izah edib. Bu qərarın səbəbləri barədə məlumat verilmir.

Hesablara daxil olmaq 27 Aİ ölkəsinin heç birində mövcud deyil. “RİA Novosti”, “Təcili xəbərlər RİA Novosti”, “RİA Novosti Sport”, “Prime” saytlarının səhifələrinə giriş bağlanıb.

Qeyd edək ki, martın 4-də Roskomnadzor Rusiyada Twitter-i bloklayıb.

Bundan əvvəl xarici sosial şəbəkələr artıq Rusiya mediasını bloklamışdı.Aaprelin 8-də Twitter Rusiyanın RT telekanalının hesabına girişi məhdudlaşdırıb.

2021-ci ilin sentyabrında YouTube video xidməti RT kanalını, 2022-ci ilin martında isə dövlət televiziya kanalları Kultura, Sputnik və Rossiya Seqodnya MİA-nı ləğv edib. KİV-in bloklanmasına cavab olaraq, iyunun 30-da Dövlət Duması “Rusiya mediasının xaricdə yayılmasına qadağaya güzgü reaksiyası haqqında” qanun qəbul edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*