Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü Əhmədov Rasim Mirəddin oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.
