Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? – AÇIQLAMAbackend

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, əslində, proses 2023-cü ildən etibarən başlayıb.

“Bu kontekstdə real iqtisadi əsaslar var idi. Uçot dərəcəsinin azaldılmasında əsas məqsədlərdən biri məhz kredit və depozit faizlərinə təsiri artırmaqdır. Baxmayaraq ki, hələlik bunun kredit və depozit faizlərinə təsiri hiss olunmur. Əksinə, biz xüsusən depozit faizlərində artımları müşahidə etmişik. Bütün hallarda uçot dərəcəsinin kredit və depozit faizlərinə daha real olaraq təsir etməsi, kredit faizlərin də azalmalara gətirib çıxarması çox vacibdir.

Mərkəzi Bank artıq kredit və depozit faizlərinin optimallaşdırılmasına, xüsusən də kredit faizlərinin aşağı salınmasına təsir etməyə çalışacaq. Uçot dərəcəsinin azaldılması manatla yığımlar baxımından vacib idi”, – deyə V.Bayramov bildirib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib./trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*