Üçtərəfli komissiya işini dayandırıb? – Overçuk AÇIQLADIbackend

Üçtərəfli komissiya işini dayandırıb? - Overçuk AÇIQLADI

“Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın işini heç kim dayandırmayıb. Baxmayaraq ki, indiki mərhələdə iş dayanmış vəziyyətdədir”.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk deyib.

Overçuk qeyd edib ki, hazırda komissiya fəaliyyətsiz vəziyyətdədir, lakin tərəfdaşlar arasında əlaqələr davam edir.

“Birincisi, birbaşa ünsiyyətin olması çox yaxşıdır. Üçtərəfli işçi qrupuna gəlincə, bu, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan dövlət başçılarının birgə bəyanatı ilə müəyyən edilib. Əgər tərəfdaşlar bizimlə əlaqə saxlasalar və faydalı ola bilsək, bu işi davam etdirməkdən məmnun olarıq”.

Xatırladaq ki, 2021-ci ilin yanvarında Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupun yaradılması barədə razılığa gəliblər. İşçi qrupun əsas məqsədi regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulması olub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*