UEFA-dan azərbaycanlı hakimə təyinatbackend

UEFA-dan azərbaycanlı hakimə təyinat

UEFA azərbaycanlı FİFA referisi Elçin Məsiyevə daha bir təyinat verib.

KONKRET.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya U-21 – Bosniya və Herseqovina U-21 oyununu idarə edəcək.

Məsiyevə yan xətdə Pərvin Talıbov və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim funksiyasının İnqilab Məmmədov yerinə yetirəcək

Qeyd edək ki, martın 22-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*