UEFA “Neftçi”nin müdafiəçisinə sərt cəza verdibackend

UEFA "Neftçi"nin müdafiəçisinə sərt cəza verdi

Yunanıstanda “Olimpiakos”a qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulan “Neftçi”nin futbolçusu Mert Çelikin cəzası açıqlanıb.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsindən KONKRET.az-a verilən məlumata görə, 21 yaşlı müdafiəçi iki oyunluq diskvalifikasiya olunub. Bu isə o deməkdir ki, Pirey təmsilçisi ilə cavab matçını buraxan gənc oyunçu Bakıda Finlandiya HİK-inə qarşı Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə də meydana çıxa bilməyəcək.

Mert Çelik “Olimpiakos”la oyunun 63-cü dəqiqəsində rəqibin yarımmüdafiəçisi Oleq Ryabçukun sifətinə təpik zərbəsi endirdiyi üçün qırmızı vərəqə alıb.

Qeyd edək ki, hər iki oyunda “Olimpiakos”a 0:1 hesabı ilə uduzan “Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırıb. “Ağ-qaralar” Avropa Liqasında HİK-lə ilk oyununu avqustun 3-də Bakıda keçirəcək. Cavab matçı isə avqustun 12-də Helsinkidə olacaq. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*