Kiyevin Avropa İttifaqına daxil olması üçün çox işi var.
KONKRET.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Cozef Borrel bildirib .
Kiyevi gəzərkən İspaniyanın “Pais” qəzetinin sualını cavablandıran Borrell, deyib: “Bu, bir problemdir. Bu uyğunlaşma prosesində görüləcək iş çox böyükdür”.
Qeyd edək ki, 2022-ci il fevralın 28-də Vladimir Zelenski Ukraynanın Aİ-yə daxil olması üçün ərizə imzalayıb. Avropa İttifaqının dövlət və hökumət başçıları həmin ilin iyununda Brüsseldə keçirilən sammitdə Ukraynaya birliyə üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər.
Danışıqlara başlamaq üçün ölkə bir sıra şərtləri yerinə yetirməlidir. Bir il sonra isə Aİ bəyan edib ki, Kiyev Avropa İttifaqına daxil olmaq üzrə rəsmi danışıqlara başlamaq üçün lazım olan 7 şərtdən yalnız ikisini həyata keçirib.
Ariz Həsənoğlu,
KONKRET.az