Ukrayna ilk “Leopard” tanklarını mayda alacaqbackend

Ukrayna ilk “Leopard” tanklarını mayda alacaq

Danimarka, Almaniya və Niderland Ukrayna hökumətinə ilk “Leopard” tanklarını mayın əvvəlində verəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Danimarka müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Troels Lund Poulsen bildirib.

“2023-cü il ərzində 80-dən 90-a qədər tank tədarük edə biləcəyik. Onlar davamlı olaraq çatdırılacaq, çünki tanklar Ukrayna əsgərləri ilə təlim fəaliyyətlərinə daxil edilməlidir. Buna görə də onların böyük partiyalarla mayın əvvəlindən ilin sonuna qədər çatdırılacağını düşünürük”, – siyasətçi deyib.

Qeyd edək ki, fevralda Almaniya hökuməti Ukraynaya 178 ədəd “Leopard 1 A5” tankının çatdırılacağını təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*