Ukrayna müdafiəsi Donetsk vilayətinin cənub-qərbində çökür – XƏRİTƏbackend

Ukrayna müdafiəsi Donetsk vilayətinin cənub-qərbində çökür - XƏRİTƏ

Ukrayna ordusunun Donetsk vilayətinin cənub-qərb istiqamətindəki müdafiə xətti ciddi təzyiqlərlə üz-üzədir və artıq zəifləməyə başlayıb.

KONKRET.az xəbər verir ki, Ukraynanın hərbi vəziyyəti izləyən DeepState analitik platformasının məlumatına görə, Rusiya qoşunları Şevçenko, Burlatskoye və Volnoye Polye istiqamətlərində irəliləyişə nail olub.

Analitiklər bildirirlər ki, Alekseyevka ilə Zelenoye Polye arasındakı sahədə Rusiya Silahlı Qüvvələri fasiləsiz hücum əməliyyatları aparır və bu hücumlara böyük sayda piyada qüvvəsi cəlb olunur.

“Gələcək xəritə yeniləməsi ürəkaçan olmayacaq”, – deyə DeepState-in açıqlamasında qeyd olunub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*