Ukrayna müharibəsi bu tarixdə başa çatacaq – ŞOK AÇIQLAMAbackend

Ukrayna müharibəsi bu tarixdə başa çatacaq - ŞOK AÇIQLAMA

Rusiya–Ukrayna müharibəsinin gedişi bir daha göstərir ki, tərəflərin hazırkı hərbi-siyasi kursu yaxın perspektivdə sülhə gətirib çıxarmaqdan uzaqdır. Artıq həm Moskvanın, həm də Kiyevin mövqeləri sərtləşib və proses uzunmüddətli qarşıdurmanın davam edəcəyinə işarə edir. Politoloqlar da qeyd edirlər ki, iki ölkənin hazırkı strategiyaları müharibənin daha bir neçə il davam edə biləcəyi ehtimalını artırır.

Politoloq Polad Mehdiyev KONKRET.az-a açıqlamasında bildirib ki, həm Moskva, həm də Kiyev mövcud hərbi-siyasi strategiyalarını dəyişmədən uzunmüddətli mübarizəyə hazır olduqlarını nümayiş etdirirlər.

Polad Mehdiyev: 'Bu kimi səfərlər milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir'

“Rusiya “uzatmayan, tükəndirən müharibə” xəttini seçib – müdafiə xətlərini gücləndirir, hərbi sənayesini tam döyüş rejiminə keçirir və Qərbin Kiyevə dəstəyinin zamanla azalacağına ümid edir. Kreml rəsmilərinin ritorikası da qarşıdurmanın illərlə davam edəcəyinə işarə vurur.

Ukrayna isə ərazi güzəştlərindən imtina edir və Qərblə uzunmüddətli təhlükəsizlik sazişlərinə arxalanır. Kiyev artıq genişmiqyaslı hücum əməliyyatlarından daha çox ağıllı müdafiə, dron əməliyyatları və Rusiyanın logistikasına zərbələr strategiyasına üstünlük verir. Bu da Ukrayna rəhbərliyinin uzunmüddətli toqquşmanı real ssenari kimi gördüyünü göstərir”.

Politoloq hesab edir ki, böyük siyasi dəyişikliklər baş vermədiyi halda, müharibənin yaxın 2–3 ildə avtomatik şəkildə başa çatması çətin görünür.

“Daha mümkün variant qarşıdurmanın müxtəlif intensivliklə davam etməsi və ya prosesin “donmuş münaqişə” formasına düşməsidir. Sülh danışıqları istiqamətində beynəlxalq təşəbbüslər olsa da, Mehdiyev qeyd edib ki, tərəflərin tələbləri bir-birinə zidd olduğundan real kompromis hələ görünmür”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*