Ukrayna mətbuatının yaydığı məlumata görə, bir gün əvvəl Nazirlər Kabinetinin binasına düşən raket “Şahed”dronu deyil, “İskəndər-K” qanadlı raketi olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Defense Express” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, raketin döyüş başlığı partlamayıb. Binanın yuxarı mərtəbələrində baş verən yanğına isə raket çənlərindəki yanacağın alışması səbəb olub.
Müşviq Tofiqoğlu,
KONKRET.az