Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Belqorodda dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.
KONKRET.az xəbər verir ki, bununla da ölənlərin sayı 7 nəfərə çatıb.
19:50
Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından daha 1 nəfərin meyiti çıxarılıb.
KONKRET.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bununla da ölənlərin sayı 5 nəfərə çatıb.
18:52
Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından 2 nəfərin meyiti çıxarılıb.
KONKRET.az-ın xəbərinə görə, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Vyaçeslav Qladkov dağıntılar altında hələ də qalanların olduğunun ehtimal edildiyini bildirib.