Ukrayna ordusu rusları strateji əhəmiyyətli zavoddan çıxartdı – VİDEObackend

Ukrayna ordusu rusları strateji əhəmiyyətli zavoddan çıxartdı - VİDEO

Volçanskdakı aqreqat zavodu Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları yazıb.

Mənbə qeyd edir ki, zavod mühasirəyə alınarkən müdafiəni saxlamaq mümkün olan yeganə yer olub. Bütün digər binalar iki tərəfdən artilleriya və hava zərbələri ilə faktiki olaraq dağıdılıb. Zavoddakı rus hərbçiləri dronlar vasitəsi ilə dərman və sursatla təmin edilib.

Bununla belə, bu gün Baş Kəşfiyyat İdarəsi zavod daxilində döyüşləri və üzərində Ukrayna bayrağının quraşdırılmasını əks etdirən video yayımlayıb.
İdarənin videosunda Rusiya Könüllülər Korpusunun komandiri Denis Nikitin yer alıb.. Daha sonra RDK Telegram kanalı yazıb ki, onların döyüşçüləri zavoda hücumda iştirak ediblər və bunu Baş Kəşfiyyat İdarəsi də təsdiqləyib.

Çox güman ki, Rusiya ordusu şəhərdən kənarda mövqe tutmaq üçün indi Volçanskdan geri çəkilməli olacaq.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*