Ukrayna Rusiyanı bu raketlərlə BOMBALADI – Putin ŞOKDAbackend

Ukrayna Rusiyanı bu raketlərlə BOMBALADI - Putin ŞOKDA

Ukrayna Rusiyaya “Flaminqo” raketləri ilə zərbələr endirib.

KONKRET.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hücumda “Flaminqo”, “Bar” və “Lyutı” raketləri də daxil olmaqla müxtəlif tipli hücum PUA-ları və raketlərindən istifadə edilib.

Baş Qərargahın məlumatına görə, Krımda Dəniz Neft Terminalının neft anbarına, vertolyot dayanacağına və Kirovskoye aerodromundakı PUA mövqelərinə, eləcə də Yevpatoriya yaxınlığındakı hava hücumundan müdafiə radar stansiyasına zərbələr qeydə alınıb.

Bundan əlavə, Berdyansk yaxınlığında Zaporojye bölgəsindəki Rusiya qoşunlarının neft anbarı və komanda məntəqələri vurulub. Baş Qərargah zərbələrin Rusiya daxilindəki hədəflərə də dəydiyini qeyd edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*