Ukrayna Rusiyanın dondurulmuş vəsaitlərini iyulda alacaq – QƏRAR VERİLDİbackend

Ukrayna Rusiyanın dondurulmuş vəsaitlərini iyulda alacaq – QƏRAR VERİLDİ

Rusiya Federasiyasının Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərindən əldə edilən gəlirdən ilk vəsaiti Ukrayna bu ilin iyulunda alacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyası (AK) bu barədə məlumatı mayın 21-də yayıb. AK Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynanın xeyrinə istifadəsinə dair Avropa Şurasının qərarını alqışlayıb.

AK-nın vitse-prezidenti Valdis Dombrovskis deyib ki, sürət əsas amil olaraq qalır: “Komissiya ilk ödənişin iyulda həyata keçirilməsini təmin etmək üçün bütün səylərini davam etdirəcək”.

Qeyd edilib ki, qərar Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək. “2024-cü ilin iyul ayından başlayaraq, ildə iki dəfə ödəniş etməklə Ukraynanı dəstəkləmək üçün resurslar hazır olacaq”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*