Ukrayna Soledardan çıxdıqlarını təsdiqlədibackend

Ukrayna Soledardan çıxdıqlarını təsdiqlədi

Ukraynanın Müdafiə Qüvvələri Donetsk vilayətinin Soledar şəhərini tərk edərək əvvəldən hazırlanmış mövqelərdə möhkəmlənib.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşun Qrupunun nümayəndəsi Sergey Çerevatı məlumat verib.

O, bu qərarın ukraynalı hərbçilərin həyatını xilas etmək məqsədilə verildiyini izah edib:

“Şəxsi heyəti xilas etmək üçün Müdafiə Qüvvələri Soledardan geri çəkilib, əvvəldən hazırlanmış mövqelərdə möhkəmlənib”.

Onun sözlərinə görə, ukraynalı hərbçilər qarşıya qoyulmuş tapşırığı yerinə yetirib, düşmənin Donetsk istiqamətində cəbhəni yarmasına imkan verməyiblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*