Ukrayna ilə Rusiya nümayəndə heyətləri arasında növbəti danışıqlar bu gün axşam saatlarında İstanbulda keçiriləcək.
KONKRET.az xəbər verir ki, görüşün saat 19:00 radələrində Beşiktaş rayonunda yerləşən Çırağan sarayında başlaması gözlənilir.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi “Ukrinform”a məlumat verib.
Görüşlə bağlı təfərrüatlar açıqlanmır.
Müşviq Tofiqoğlu
KONKRET.az