Bavariyanın Baş naziri Markus Söderin Rusiya ilə bağlı sözləri Kiyev və Berlin arasında münasibətlərə xələl gətirir.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko bildirib.
“Onlar ikitərəfli münasibətlərə xələl gətirir və Rusiyanın Ukraynaya təcavüzünün yeni dalğalarının, digər Avropa ölkələrinə qarşı aqressiv hərəkətlərin qarşısını almaq üçün beynəlxalq səylərə mane olur”.
Qeyd edək ki, Söder bildirib ki, Rusiya Federasiyası çətin tərəfdaşdır, lakin düşmən deyil.