Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıbbackend

Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti ölkə polisi ilə birlikdə təsis sənədlərini saxtalaşdırdığına görə ləğv edilmiş “Qarant” partiyasının keçmiş lideri siyasətçi Valeri Tokarı saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidməti özünün “Telegram” kanalında məlumat yayıb.

“Saxlanılan şəxs partiya siyahısındakı yerləri sataraq müştərilərinə növbəti parlament seçkisində xalq deputatı statusu vəd edib. O, Kiyev restoranlarından birində növbəti müştərisindən 160 min dollar aldıqdan sonra saxlanılıb. Tokar xüsusilə böyük miqyasda törədilmiş fırıldaqçılıqda ittiham olunur və hazırda həbsdədir. Onu əmlakı müsadirə olunmaqla 12 ilə qədər həbs cəzası gözləyir”, – məlumatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*