Ukraynada müharibə daha 3 il davam edəcək – Zelenski plan hazırladıbackend

Ukraynada müharibə daha 3 il davam edəcək - Zelenski plan hazırladı

Ukrayna Prezidenti Volodimir Zelenski öz müşavirlərinə müharibənin daha üç il davam etməsi ehtimalı ilə bağlı plan hazırlanmasını tapşırıb.

KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal qəzetinin jurnalisti Boyan Pançevski məlumat verib.

Məlumata görə, məsələ ilə bağlı müzakirə cümə axşamı dövlət başçısının iş otağında keçirilib. Bildirilir ki, tapşırıq ölkənin uzunmüddətli müdafiə və təhlükəsizlik strategiyasının hazırlanması çərçivəsində verilib.
Rəsmi Kiyev məsələ ilə bağlı hələlik əlavə açıqlama verməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*