Ukraynada ölən nazirin yerinə o təyin edildi – FOTObackend

Ukraynada ölən nazirin yerinə o təyin edildi - FOTO

Ukraynanın Ali Radası İqor Klimenkonu ölkənin daxili işlər naziri təyin edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ukraynalı deputat Yaroslav Jeleznyak öz teleqram kanalında açıqlayıb.

Bununla yanaşı, Vasiliy Malyuk Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib.

Xatırladaq ki, yanvarın 18-i Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının ərazisində helikopter qəzaya düşüb. Qəzada ölkənin DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin də olmaqla ümumilikdə 18 nəfər həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*