Ukrayna Prezidenti Volodimir Zelenski enerji sektorundakı korrupsiya sxemləri ilə bağlı araşdırmanın başlanmasından bəri Kvartal-95-in həmtəsisçisi Timur Mindiçlə heç bir əlaqə saxlamadığını bildirib.
KONKRET.az xəbər verir ki, o, bunu Bloomberg-ə verdiyi müsahibədə deyib.
“Ən vacib məsələ məsul şəxslərin cəzalandırılmasıdır. Müharibə vəziyyətində olan ölkənin prezidentinin dostu ola bilməz”, – deyə Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, korrupsiyaya qarşı mübarizə qurumları tərəfindən araşdırılan işdə həm sahibkarlar, həm də bəzi dövlət məmurları iştirak edir.
O, həmçinin hüquq-mühafizə orqanlarının fəaliyyətinə müdaxilə etmədiyini və korrupsiyaya qarşı mübarizə qurumlarının müstəqilliyinin təmin olunduğunu vurğulayıb.
“Prezident olaraq, mən korrupsiyaya qarşı mübarizə aparan qurumların tam səlahiyyətlərə malik olmasını təmin etməliyəm və onlara təsir göstərməməliyəm. Hər kəs qanun qarşısında bərabər məsuliyyət daşımalıdır”, – deyə Zelenski bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
