Ukraynada rusiyalı jurnalistlər yaralandı: Biri öldübackend

Ukraynada rusiyalı jurnalistlər yaralandı: Biri öldü

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Donetsk – Horlivka şosesində hərəkət edən avtomobilə hücumu nəticəsində “İzvestiya” qəzetinin ştatdankənar müxbiri Aleksandr Martemyanov ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti özünün Telegram kanalında yazıb.

Mənbə “RİA Novosti” agentliyinin jurnalistlərinin isə yaralandığını açıqlayıb. Bu faktı hadisədə üzündən zədə alan agentliyin jurnalisti Maksim Romanenko təsdiq edib.

Onun sözlərinə görə, olayda “RİA Novosti”nin digər əməkdaşı Mixail Kevxiyev də yaralanıb. Agentliyin məlumatına görə, ümumilikdə beş nəfər xəsarət alıb.

Qeyd edək ki, Horlivka Ukraynanın Donetsk vilayətinin eyniadlı mərkəzinin yaxınlığında yerləşir. 2022-ci ilin fevralında Rusiya sözügedən regionu işğal edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*