Ukrayna Təhlükəsizlik Xidməti jurnalist Dmitri Qordona Ukraynada yaşayan Rusiyadan olan siyasi mühacir tərəfindən hazırlanan sui-qəsdin qarşısını alıb.
KONKRET.az bildirir ki, Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, Kiyevdə sifarişli qətl hazırlayan dörd kəşfiyyat və döyüş qrupu və onların koordinatoru saxlanılıb.
Rusiya xüsusi xidməti cinayətin icrasına görə 400 min ABŞ dolları mükafat təklif edib. FSB-nin siyasi sürgün adı altında Ukraynaya göndərdiyi agent gizli olub.
Müharibə başlayandan sonra Şimali Qafqazdan olan insanlardan kəşfiyyat və döyüş qrupları yaradıb, FSB-nin köməyi ilə maşınlar alıb, onları taksi kimi maskalayıb, gizli videoregistratorlarla təchiz edib. Agentlər Qordonun gündəlik işini, harada olduğunu və təhlükəsizliyini öyrənmək üçün izlədilər.
FSB-nin planına görə, sui-qəsddən sonra qatil qaçıb qətl silahını məhv etməli idi.
SBU əks-kəşfiyyatı bütün iştirakçıları sui-qəsdə hazırlıq mərhələsində saxlayıb.
Təqsirləndirilən şəxslərə həmçinin Ukrayna Silahlı Qüvvələrinin əcnəbi döyüşçülərinə, o cümlədən “Rusiya Könüllülər Korpusu”ndan olan bir rusa qarşı atəşi tənzimləmək və sui-qəsd cəhdləri hazırlamaq tapşırığı verilib.
Saxlanılan şəxslər Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 1-ci hissəsi (terror aktı) ilə ittiham olunurlar. Onları əmlakı müsadirə olunmaqla 10 ilə qədər həbs gözləyir.
Müşviq Tofiqoğlu
KONKRET.az