Ukraynalı pilotlar “F-16”larda təlimlərə BAŞLAYIRbackend

Ukraynalı pilotlar “F-16”larda təlimlərə BAŞLAYIR

Böyük Britaniyada 20-yə yaxın ukraynalı pilot dördüncü nəsil “F16” qırıcılarından istifadə üzrə təlimin birinci mərhələsinə başlayacaq.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətindəki mənbə məlumat yayıb.

Qeyd olunub ki, bunlar ukraynalı pilotlar üçün əsas yerüstü təlimlər olacaq, bundan sonra onlar daha ixtisaslaşmış “F-16” təlimlərinə hazır olacaqlar.

Təlimin nə vaxt başlayacağı barədə məlumat verilmir.

Mayın 21-də ABŞ Prezidenti Co Bayden G-7 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib ki, Qərbin “F-16” da daxil olmaqla dördüncü nəsil döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlar təlimlərə başlayacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*