Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi keçmiş energetika və ədliyyə naziri German Qaluşenkonu 60 sutka müddətinə həbs edib.
KONKRET.az xəbər verir ki, fevralın 15-də Ukrayna Energetika Nazirliyinin keçmiş rəhbəri olan Qaluşenko (2021-2025) ölkədən qaçmağa cəhd edərkən saxlanılıb. Ukrayna Milli Antikorrupsiya Bürosu ona şübhə ilə bağlı bildiriş göndərildiyini bildirib
Qaluşenko həbsi və şübhəli bildirişin verilməsi ilə razılaşmadığını bildirib.
O, “Energoatom”dan pulların yuyulmasında və cinayət təşkilatında iştirakda ittiham olunur.\\Milli.Az
