Bakıda torpaq sürüşməsi baş veribbackend

Bakıda torpaq sürüşməsi baş verib

Bakının Səbayıl rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb.

Xatırladaq ki, buradakı yolda əvvəllər iki dəfə sürüşmə baş verib.

KONKRET.az xəbər verir ki, sakinlər deyirlər ki, ərazidə yaşayış zonasının olması təhlükəni artırır.

Avtomobillə ərazidən mütəmadi keçən şəxslər bildirirlər ki, əvvəlki illərdəki böyük sürüşmə zamanı yol bağlanmışdı. Yenidən belə hadisənin baş verməməsi üçün işlər görülməlidir.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Lakin zənglərə cavab verilmədi.

Fövqəladə Hallar Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki, quruma sürüşmə ilə bağlı heç bir müraciət daxil olmayıb.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*