Almaniyanın cənub-qərbində yerləşən Heydelberq Universitetində atışma olub.
KONKRET.az “DPA” agentliyinə istinadən xəbər verir ki, bir şəxs universitetin mühazirə zalında odlu silahdan atəş açmağa başlayıb. \
Hadisə nəticəsində 4 nəfər yaralanıb. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Atəş açan şəxsin öldürüldüyü bildirilir.
Universitetin ətrafı mühasirəyə alınıb. Hadisənin detalları araşdırılır.