Uşaq oğurluğuyla bağlı direktordan açıqlama: “Hazırda polislər buradadır”backend

Uşaq oğurluğuyla bağlı direktordan açıqlama: “Hazırda polislər buradadır”

96 saylı tam orta məktəb şagirdlərin oğurlanması ilə bağlı sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirib.

KONKRET.AZ bildirir ki, məktəbin direktoru Əminə Hüseynova açıqlamasında məlumatın tamamilə yalan olduğunu deyib. O bildirib ki, məsələ hüquqi müstəvidə həll olunacaq:

“Hazırda polislər və valideynlər buradadır. Biz həmin məsələni müzakirə edirik. Həmin uşağın valideyinlərini bura dəvət etmişəm. Qadın deyir ki, mən məktəbin həyətində gəzirəm, idman edirəm, əlilin biri şikəst, ayağı da axsayır. Nənəsi valideynlərlə mübahisə edir ki, “niyə mənim nəvəmin adı hallanır? Heç kəs mənim nəvəmi oğurlamağa cəhd etməyib”. Dövlətin əleyhinə təxribat yayırlar. Ona görə də biz bu məsələni dövlətin qanunları müstəvisində həll edəcəyik”.

Qeyd edək ki, Bakı məktəbində uşaqları oğurlayan qadının peyda olması barədə iki valideynin votsap sosial şəbəkəsində səsi yayılıb. İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.

Qaynarinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*