Uşaqları birinci sinifə gedəcək valideynlərin DİQQƏTİNƏ: Artıq şagirdlərin yerdəyişməsi belə olacaqbackend

Uşaqları birinci sinifə gedəcək valideynlərin DİQQƏTİNƏ: Artıq şagirdlərin yerdəyişməsi belə olacaq

2025–2026-cı tədris ili üzrə şagird yerdəyişməsi prosesi əvvəlki illərlə müqayisədə bəzi yeniliklərlə həyata keçirilir. Maraqlıdır, şagird yerdəyişməsi əvvəlki illərlə müqayisədə hansı yeniliklərlə həyata keçiriləcək?

Təhsil eksperti Cahid İmanlı KONKRET.az-a açıqlamasında bildirib ki, bu ildən etibarən şagirdlər və valideynlər artıq yalnız bir deyil, bir neçə təhsil müəssisəsinə paralel şəkildə müraciət edə biləcəklər.

Cahid İmanlı: Pedaqoji proses müəllim nüfuzuna və biliyinə verilən dəyərdir

“Yeni sistem abituriyentlərin ali məktəblərə müraciət modeli ilə oxşardır, yəni toplanan bala uyğun olaraq sistem avtomatik olaraq daha uyğun məktəbə yerləşdirməni təmin edəcək. Bu dəyişikliklər seçim imkanlarını artırmaqla yanaşı, müsabiqənin şəffaflığını və obyektivliyini də təmin edəcək”.

Bəs qeydiyyatdan gecikən valideynlər üçün əlavə mərhələ olacaqmı?

Cahid İmanlı bu suala cavab olaraq bildirib ki, əsas mərhələni qaçıran valideynlər üçün xüsusi güzəşt və ya əlavə mərhələ nəzərdə tutulmayıb.

“Lakin ikinci mərhələdən sonra bəzi lisey və təhsil müəssisələrində vakant yerlər qalarsa, bu yerlər Təhsil Nazirliyinin rəsmi saytında elan ediləcək. Valideynlər həmin elanları izləyərək, yalnız boş qalmış yerlərə müraciət edə bilərlər.

Vakant yerlər üçün əlavə müsahibələrin keçirilməsi də planlaşdırılır. Bu, yalnız yerlər dolmadıqda baş verəcək və bütün proses rəsmi şəkildə təşkil olunacaq”.

Qeyd edək ki, şagird yerdəyişməsi üzrə qeydiyyat Təhsil Nazirliyinin rəsmi platforması vasitəsilə həyata keçirilir və valideynlərdən prosesin tarixlərini diqqətlə izləmələri tələb olunur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*