Uşaqları SEVƏN və SEVMƏYƏN bürclər – SİYAHIbackend

Uşaqları SEVƏN və SEVMƏYƏN bürclər - SİYAHI

Elə insanlar var ki, küçədə uşaq görəndə laqeyd qala bilir, bəziləri isə ayaq saxlayıb həmin azyaşlını əzizləyir. Sən demə bu xüsusiyyət bürclərə görə dəyişirmiş.

KONKRET.az uşaqları sevən və elə də xoşlamayan bürclərin siyahısı tərtib edib:

Oğlaq

Onlar şirin uşaq görsələr, heç olmasa yanaqlarını dartışdıracaqlar. Oğlaqın ailə sevgisi və mələk təmkini onları gözəl valideyn edir.

Xərçəng

Evini kürəyində daşıyan yengəcin qohumu olduğu üçün ailəsiz həyatı təsəvvür etmirlər. Ev onun üçün sevimlilərinin olduğu yerdir. Uşaqları sevirlər.

Buğa

Özləri də uşaq ruhlu olduğu üçün azyaşlılara qayğı doludurlar. Uşaqlara sonsuz sevgisindən övlad sahibi olacağı tərəf müqabilini diqqətlə seçir.

Tərəzi

Buğa kimi tərəzilər də ailə-uşaq sahiblənəcəyi adamın xəyallarını uşaqlıqdan qurur. Yeganə varlıq uşaqlardır ki, tərəzi öz hisslərini gizlətmir.

Əqrəb

Həyatda paralelləri çox olan bu bürc valideyn olmağı beyninə salsa, əmin olun ki, onun övladı olacaq. Yeni doğulanda dayəyə, illər sonra ən qayğıkeş valideynə çevriləcək.

Şir

Sevgi və nəvaziş xoşladığı kimi övlad arzusundadır. Şirlərdə bu, şəxsi fanklubunu formalaşdırmaq kimidir. Övladlarını mühafizə edəndir.

Balıqlar

Uşaqlarla arası yaxşıdır. Çünki özləri də azyaşlı kimi arzulamaq və xəyal qurmaq sevdalısıdırlar. Müdrikliklərini gələcək nəslə ötürmək istəyirlər.

Qoç

Uşaq mövzusunda sevən və sevməyən bürclərin orta mövqeyindədir. Prinsipcə, övlada etiraz etmir, amma nə boyda məsuliyyətə girdiyini bildiyi üçün tərəddüd yaranır. Çünki qoçlar hər şeyi hesablayır.

Əkizlər

Şən və həyatsevər əkizlər uşaq üçün əsl hədiyyədirlər. Sadəcə, bu bürc öz övladları barədə arzu qurmur. Belə deyək, rəngarəng yaşamağı sevdikləri üçün övlada vaxt qalmır.

Qız

Harmoniya axtarışındadır və uşaqların bunu bəxş edəcəyinə şübhə ilə yanaşır. Özgə uşağı ilə oynamağa etiraz etməz, lakin öz övladının olmasını istəmir.

Oxatan

Bu gün və burada (anı yaşamaq) yaşamağa öyrəşib deyə uşağın uzunmüddətli layihə olduğunu bilir. Bu isə öyrəşdiyi həyat tərzinin dəyişməsinə, gələcəyi planlaşdırmağa məcbur edəcək.

Dolça

Azadlığı ən çox sevən bürcdür. Oxatan kimi dolça da bilir ki, övlad sahibi olmaq sərbəstliyi əngəlləyir. Bu qorxu o qədər böyükdür ki, onlar heç yad uşaqlarla da oynamırlar. Amma bu, onların uşaqları sevmədiyi anlamına gəlmir, sadəcə, indiki planlarında övlad yoxdur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*