Uşaqların sosial şəbəkələrə girişi MƏHDUDLAŞDIRILACAQbackend

Uşaqların sosial şəbəkələrə girişi MƏHDUDLAŞDIRILACAQ

Qazaxıstan hökuməti valideynlərin və ya qanuni nümayəndələrin icazəsi olmadan TikTok, Instagram, Facebook, WhatsApp, VKontakte platformalarında yetkinlik yaşına çatmayanların qeydiyyatını məhdudlaşdırmaq üçün tədbirlər görəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət 2023-2025-ci illər üçün uşaqları zorakılıqdan qorumaq və onların hüquqlarını təmin etmək üçün “Bala Korqau” planı barədə qərar qəbul edib.

Məlumata görə, platformalarda yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrin icazəsi olmadan qeydiyyatının məhdudlaşdırılması 2025-ci ilin birinci rübünə nəzərdə tutulub.

Qeyd olunub ki, ümumilikdə, kompleks plan 4 bölmədən ibarətdir.

Sənəd iyunun 6-dək ictimai müzakirəyə çıxarılacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*