Vardanyan ÇƏRƏNLƏDİ: “Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq”backend

Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"

“Geri çəkilməyə yer yoxdur, qərar qəbul etmək lazımdır, hər gün hazırlaşırıq”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Qarabağdakı oliqarx tulası Ruben Vardanyan erməni televiziyasına müsahibəsində bildirib.

“İlk növbədə Arayik Arutyunyan mühüm addımlar atmalıdır. Geri çəkilmək üçün heç bir yer yoxdur, qərar vermək lazımdır. Hər kəs vəziyyəti anlayır və əlimizdə olan qüvvələrlə vətənimizi müdafiə etməyə hazırlaşmalıdır”, – Vardanyan deyib.

Onun sözlərinə görə, Azərbaycan onlar üçün heç bir seçim qoymur.

“Biz hər şeyə hazırlaşmalıyıq. Bu vəziyyətdə öz gücümüzə arxalanmalıyıq. Dünyaya başa salmağa çalışaq ki, bu gün baş verənlərin Azərbaycanın istədiyi yanaşmaya uyğun həlli yoxdur. Biz Azərbaycanın bir hissəsi olmaq istəmirik. Bu, ermənilərin Qarabağdan qovulmasına gətirib çıxaracaq. Bu, bizim üçün qəbuledilməz olacaq.

İndi aydın olacaq: ya siz ermənisiniz və Qarabağın yanında dayanırsınız, ya da erməni deyilsiniz.

Biz vəziyyəti başa düşürük və hər gün hazırlaşırıq. Lazımi səviyyədə hazır olmaq üçün hər şeyi edirik, mövqeyimiz aydın və konkret olacaq”, – deyə Vardanyan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

  • İsmayıl Rzayev
    May 30, 2023 - 10:43

    Qərbi Azərbaycanları necə çıxardınız elədə siz çıxacaqsınız.
    Biz Qərbi Azərbaycanlılar Xankəndində yerləşib yaşayacağıq.

    • Cavid
      May 30, 2023 - 13:42

      Afərin sənə. Düz deyirsən. Bunu əvvəldən etməniz lazım idi.

    • Məzahir
      May 31, 2023 - 08:36

      Bəli, İnşAllah Xankəndində görüşərik!

  • FORMEN
    May 31, 2023 - 05:14

    FORUM – meydan geniş yerdir: DÜNYYANIN ÖZÜNƏMƏXSUS CİDTİ PROBLEMİ VAR, BU PROBLEMİN HƏLLİNƏ BÜTÜN BİLİK SAHƏSİ ÖZ TÖVHVƏSİNİ VERMƏLİDİR! 👍🤝🇦🇿🤝🇷🇺🤝🇹🇷🤝👍☝️

  • Məzahir
    May 31, 2023 - 08:40

    Bütün yerazları orada yerləşdirsək bu olacaq barter və ya ,,obmen” !

  • Azər
    İyun 1, 2023 - 14:27

    Bu elə belə hürmür. Bunu hürdürən Xocalıdakı Rusiyanın bədməramlı ordusunun komandanıdır. Rusiyanın bədməramlı kontingentini oradan çıxartmağın vaxtı çatıb. Onları çıxardanda bütün separatçılar, başdan vardayan rusların tumanı altında qaçacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*