Vasif Talıbov Naxçıvanda yeni xizək mərkəzində – FOTObackend

Vasif Talıbov Naxçıvanda yeni xizək mərkəzində - FOTO

Fevralın 17-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib.

KONKRET.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Mərkəzlə tanışlıq zamanı məlumat verilib ki, kənddə müasir tələblərə cavab verən məktəb binası, kənd və xidmət mərkəzləri, yeni yol, eləcə də Ağbulaq İstirahət Mərkəzi tikilərək istifadəyə verilib. 2018-ci ilin aprel ayından kənddə abadlıq işlərinə başlanılıb, evlər və yardımçı binalar, elektrik, rabitə və qaz təchizatı sistemi yenidən qurulub. Həmçinin Ağbulaq kəndində yaşıllaşdırma tədbirləri də görülüb, 15 hektar sahədə ting, 250 hektardan çox sahədə isə toxum əkilib. 2018-ci il iyulun 17-də isə Ağbulaq kəndində xizək mərkəzinin təməlatması keçirilib.

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə tikinti işləri Fransanın “MND” şirkətinin layihəsi əsasında aparılıb. Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyr xətləri, 20 min kubmetr tutumu olan süni göl yaradılıb, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, 1 motor stansiyası, uzunluğu 980 metr olan kanat quraşdırılıb ki, onun da başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq vardır ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir.

Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir. Mərkəzdə 25 yeni iş yeri yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*