Azərbaycanda biznesmen vəfat edib.
KONKRET.az-ın məlumatına görə, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Vüsal Talıbov bu gün dünyasını dəyişib.
Onun Naxçıvanda biznes obyektləri, restoranları olub.
Vüsal Talıbov, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunda işləyib.
Məlumat üçün bildirək ki, Vüsal Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun mərhum qardaşı İlqar Talıbovun oğludur.