Vaşinqton zəfəri ilə bağlı daha bir AÇIQLAMA: Ermənistanın bu iddiasına birdəfəlik son qoyuldubackend

Vaşinqton zəfəri ilə bağlı daha bir AÇIQLAMA: Ermənistanın bu iddiasına birdəfəlik son qoyuldu

“Prezident İlham Əliyevin şəxsi liderlik üslubu Ermənistan–Azərbaycan sülh prosesində həlledici rol oynayıb”.

Bu barədə politoloq Aytən Qurbanova KONKRET.az-a açıqlamasında deyib.

Politoloq : Qoşulmama Hərəkatı dövlətlərarası əməkdaşlığın təşviqi üçün  mühüm platformadır - AZƏRTAC

Onun sözlərinə görə, dövlət başçısının qətiyyətli mövqeyi, strateji düşüncəsi, diplomatik addımları və siyasi iradəsi regionda yeni geosiyasi reallıqların formalaşmasına imkan yaradıb:

“Beynəlxalq təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev həmişə sülh və sabitliyin təmin olunması istiqamətində bütün mümkün dialoq imkanlarını dəyərləndirib. Yeni təşəbbüslərlə çıxış edib, beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan sülh konsepsiyası ortaya qoyub,” – deyə politoloq vurğulayıb.

Aytən Qurbanova bildirib ki, əldə olunan nəticələr sırasında ATƏT-in Minsk qrupunun ləğv edilməsi və Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi xüsusi önəm daşıyır:

“Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının saxlanılması gələcək sülh müqaviləsini təhlükə altına qoyur və münaqişənin yeni nəsillərə ötürülməsi riskini yaradır. Ermənistanın əsas qanununa dəyişiklik isə həm regional, həm də qlobal sülh üçün mühüm mesajdır.”

Politoloqun fikrincə, bu dəyişikliklər təkcə Cənubi Qafqazda deyil, beynəlxalq sistemdə də dövlətlərarası münasibətlərdə ərazi iddialarının yolverilməzliyinə dair mühüm presedent yaradır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*