“Vaxt Azərbaycanın xeyrinə işləyirdi” – Sabiq nazir Ermənistanla danışıqlara toxundubackend

“Vaxt Azərbaycanın xeyrinə işləyirdi” – Sabiq nazir Ermənistanla danışıqlara toxundu

Hər dəfə həmsədrlər Prezident İlham Əliyevdən soruşanda ki, siz filan tədbirdə, misal üçün “BMT-də iştirak edəcəksinizsə, olar biz Ermənistan Prezidenti ilə görüş təşkil edək?”, İlham Əliyev deyib: “Görüşlərdə pis nə var ki? Edin, görək, mövqelərdə nələr dəyişəcək”.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində danışıb.

O qeyd edib ki, danışıqların davam etməsi Azərbaycana həm də zaman qazandırırdı.

“Çünki Azərbaycan üçün vaxt udmaq lazım idi: ordusunu tikmək üçün, ölkə üçün. Zaman Azərbaycanın lehinə işləyirdi, çünki neftdən gəlir var idi, yeni texnologiyalar, xüsusilə hərbi texnologiyalar var idi. Həm də hərbçiləri hazırlayırdı. Vaxt lazım idi”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*