Vaxt dəqiqləşdi: İrana hücum bu axşam başlayacaq – Türkiyəyə XƏBƏRDARLIQbackend

Vaxt dəqiqləşdi: İrana hücum bu axşam başlayacaq - Türkiyəyə XƏBƏRDARLIQ

ABŞ-ın mümkün hücumu baş versə, İran Səudiyyə Ərəbistanı, BƏƏ və Türkiyədəki ABŞ hərbi bazalarına zərbələr endirəcək. Tehran bu ölkələri Vaşinqtonun hərbi müdaxiləsinin qarşısını almağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə İranın yüksək rütbəli rəsmisi Prezident Donald Trampın kütləvi antihökumət etirazları fonunda müdaxilə ilə bağlı təhdidindən sonra bəyanat verib.

Gərginlik fonunda Qətərdə yerləşən ABŞ-ın Əl-Üdeyd hərbi bazasındakı ikinci dərəcəli heyətə axşam saatlarınadək bazanı tərk etmələri tövsiyə olunub. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsinin Təl-Əvivdən naməlum istiqamətə yola düşdüyü bildirilir.

Amerika aviasiyasının artan aktivliyi və “Sion Qanadı” təyyarəsinin planlaşdırılmamış uçuşu mediada ötən il ABŞ-ın İrana endirdiyi zərbələr öncəsi baş verən hadisələrlə müqayisə olunur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*