VAZ şirkəti “Lada İskra” modelini təqdim etdibackend

VAZ şirkəti “Lada İskra” modelini təqdim etdi

Rusiyanın Sankt-Peterburq şəhərində işə başlayan beynəlxalq iqtisadi forum zamanı yeni “Lada İskra” avtomobilinin təqdimatı olub.

KONKRET.az xəbər verir ki, bu barədə AvtoVAZ məlumat yayıb.

Avtomobilin üç variantda təqdim ediləcəyi bildirilir. Birinci varianta 90 at gücünə malik 1,6 litrlik mühərrikə və beş pilləli mexaniki transmissiya daxildir. İkincisi 106 at gücünə malik 1,6 litrlik mühərrikə və altı pilləli sürət qutusuna malikdir. Üçüncü variant CVT ilə təchiz olunacaq.

Konsernin rəhbəri Maksim Sokolov fevralın sonunda qənaətcil “Lada Iskra”nın ilk pilot partiyasının buraxıldığını elan ermişdi. O, bildirib ki, yeni avtomobillərin kütləvi istehsalına 2025-ci ildən tez başlanılmayacaq.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*