Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçmiş vəkil Zabil Qəhrəmanovun şikayəti əsasında məhkəmə prosesi olub.
KONKRET.az xəbər verir ki, prosesdə Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin olunmayıb və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23- də polis əməkdaşları tərəfindən saxlanılıb. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.
