Vətəndaşlar istənilən ölkəyə viza ala biləcək? – Deputat AÇIQLADIbackend

Vətəndaşlar istənilən ölkəyə viza ala biləcək? - Deputat AÇIQLADI

Dünyanı bürüyən bu koronovirus pandemiyası dünyada ağır iqtisadi böhran yaradıb. Odur ki, pandemiyanın qarşısını almaq üçün ölkələr mümkün olan önləyici tədbirlər görməyə məcburdur. Məsələn, Avropa Birliyininin onlayn sammitində vaksinasiya olmamış şəxslərin İttifaqın ərazisinə buraxılmayacağı ilə bağlı məsələlər gündəmə gətirilib. Avropa Birliyinin bu qərarına hörmətlə yanaşmalıyıq.

KONKRET.az xəbər verir ki, bu sözləri millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkili bildirib ki, infeksiyanın növbəti dəfə alovlanmasının qarşısını almaq üçün Avropa Birliyinin belə bir qərar qəbul etməsi istisna olunmur: “Avropa İttifaqının vaksin olunmamış şəxsləri öz ərazisinə buraxmamasını əhalinin sağlamlığını qorumaq, böhranın qarşısını almaq və iqtisadi gücünü bərpa etmək istəməsi ilə izah etmək olar. Bu gün dünyanın bir çox ölkələrində pandemiyaya qalib gəlmək üçün koronavirusa qarşı vaksinasiya işləri aparılır. Azərbaycan da bu ölkələr içərisindədir.

Digər tərəfdən insan haqları və humanizm baxımından belə bir qərarın qəbul olunması ədalətli deyil. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünyanın 120-dən çox ölkəsi hələ vaksin əldə edə bilməyib. Bunlar iqtisadi cəhətdən zəif olan kasıb ölkələrdir. Hətta Avropanın mərkəzi və şərqi ölkələri var ki, əhali peyvənd gözləyir. Hesab edirəm ki, Avropa İttifaqı ölkələri vaksin ala bilməyən ölkələrə dəstək verməlidir”.

M.İbrahimqızı qeyd edib ki, Azərbaycan əhalisinin vaksinasiya ilə bağlı problemi yoxdur:

“Prezident qeyd etdiyi kimi, dövlətimiz üçün ən vacib məsələ vətəndaşın sağlamlığı və həyatının qorunmasıdır. Bu gün vaksinasiya ölkəmizdə uğurla davam etdirilir. Odur ki, vətəndaşlarımızın istənilən ölkəyə viza almaq imkanı olacaq”. publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*