
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qırğızıstan vətəndaşları pensiya əmanətlərindən ipoteka krediti üzrə ilkin ödəniş üçün, habelə ciddi xəstəliklərin müalicəsi üçün istifadə edə biləcəklər. Bununla bağlı müvafiq əmri Baş nazir Muhammedkalı Abılgaziyev imzalayıb.
Yalnız mənzili olmayan vətəndaşlar pensiya əmanətlərindən istifadə edərək ipoteka götürə bilərlər. Bu fürsəti ömür boyu yalnız bir dəfə istifadə etmək olar. Müalicəsi üçün pensiya pullarını xərcləmək mümkün olacaq xəstəliklərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Buraya xüsusilə xərçəngonkoloji xəstəliklər daxildir.
Bundan əvvəl, bu qətnamə hələ layihə mərhələsində olanda Baş nazirin müavini Altınay Omurbekova bunun pensiya sisteminin cəlbediciliyini artırmaq məqsədi ilə izah etmişdi.