Vətənpərvər gənclik Azərbaycanın milli sərvətlərindəndir – ŞƏRHbackend

Vətənpərvər gənclik Azərbaycanın milli sərvətlərindəndir - ŞƏRH

Millətimizin mövcudluğunun vacib şərti olan Azərbaycan gəncliyi ölkəsinin taleyi ilə bağlı bütün dövrlərin hərəkətverici qüvvəsi olduğunu dəfələrlə nümayiş etdirib.

106 il öncə olduğu kimi elə son 35 ildə gənclərimiz öz sözləri və əməlləri ilə millətin gələcəyinin, inkişafının təməl daşı olduqlarını sübut ediblər. Onların Bakının Azadlıq meydanından səsini ucaltması “yatmış aslanın oyanması”na bənzədi. Ölkəmizin torpaqlarına göz dikmiş çirkin qüvvələrin qara niyyətlərinin iflasa uğraması üçün Azərbaycan gəncliyi ermənilərin havadarı Moskvaya öz sözünü öncə dövlət müstəqilliyini bərqərar etməklə, sonra isə torpaqlarımızı erməni işğalından azad etməklə cavab verdi. Onun qarşısını nə 20 Yanvar faciəsi, nə Xocalı soyqırımı, nə də Xankəndinin, Şuşanın, Əsgəranın, Xocavəndin, Laçının, Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Kəlbəcərin işğalı ala bildi.

Halbuki güclü milli məfkurəyə, mənliyə malik olan vətənpərvər gənclərimizin yetişməsi heç də asan olmayıb. Bu, XX əsrin əvvəllərindən başlayaraq müxtəlif maarifçilik cərəyanlarının fədakar fəaliyyəti nəticəsində mümkün olub. Həmin cərəyanlara da məhz öz dövrünün yüksək milli məfkurəyə sahib olan gəncləri rəhbərlik ediblər. Onların yetişdirdikləri gənclər Azərbaycanın elm, təhsil, iqtisadiyyat, mədəniyyət, incəsənət, hərb sahələrinin inkişafında müstəsna rol oynayıblar.

Bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir - "İki sahil"

Rus, sovet, fars şovinizminin yaratdığı bütün əngəllərə baxmayaraq, savadsızlığa, cəhalətə qarşı güclü mübarizə Azərbaycan gəncliyinin öz milli məfkurəsindən, azadlıq ideyasından əl çəkməməsi, xalqımızın imperiyaların caynağından xilas olunması ilə nəticələndi. Azərbaycançılıq və türkçülük ideologiyası gənclərimizin  sağlam, vətənpərvərlik ruhunda tərbiyə olunmasının əsasını qoyaraq, onları milli dövlətimizin bərqərar olması, ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin olunması yolunda böyük qüvvəyə çevirdi.  Belə gəncliyi Rusiyanın, İranın, Fransanın həyata keçirdiyi pozuculuq fəaliyyəti belə yolundan döndərə bilmədi. Onların ayıq milli şüuru sayəsində Rusiyanın, İranın, Fransanın təxribatçı hərəkətləri Azərbaycanda ayaq tutub yeriyə bilmədi.

Dünyanın 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığa heyran qalması təkcə torpaqlarımızın erməni işğalından azad edilməsi ilə deyil, həm də Azərbaycan liderinin, əsgər və zabitlərinin nümayiş etdirdikləri misilsiz vətənpərvərlik ruhu, yüksək əxlaqi dəyərləri ilə bağlı idi.

Hamı gördü ki, Azərbaycan əsgəri ermənilərin atıb getdiyi erməni körpəsini bağrına basıb, onu sağ-salamat cəbhə xəttindən uzaqlaşdırmaq üçün 8 kilometrlik yolu atəşin altında piyada qaçan, əsir düşmüş erməni gənclərini qorxutmamaq üçün silahını yerə qoyub, cəsarətlə onun yanına yaxınlaşan, könüllü olaraq Laçın buraxılış-məntəqəsi ilə Qarabağı tərk edən erməni qadınlarına, uşaqlarına su, şokolad, çörək uzadan yüksək əxlaq sahibi olan cəngavərdir.

Azərbaycan gəncləri vətənpərvər gənclərdir » Missiya.az

Bütün bunlar təsadüf deyil. Çünki onlara yüksək təhsilə, savada, əxlaqi dəyərlərə malik, dahi şəxsiyyət Heydər Əliyev məktəbini mükəmməl şəkildə mənimsəmiş İlham Əliyev kimi güclü və parlaq dövlət xadimi rəhbərlik edir.

Əslində, Azərbaycan siyasətinə qədəm qoyanda indiki Prezident İlham Əliyev də gənclik dövründə idi. Onun Azərbaycan siyasətində keçdiyi yol çox gənclərə nümunədir. İlham Əliyevin Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu prinsipial mövqe, 17 il ərzində apardığı dinc danışıqlar zamanı nümayiş etdirdiyi qətiyyət yalnız İkinci Qarabağ müharibəsi dövründə bütün təfərrüatı ilə üzə çıxdı.

Məlum oldu ki, müxalif qüvvələr hakimiyyətin Qarabağ münaqişəsini həll etməyəcəyi barədə illüziya yaradarkən, Azərbaycanın dövlət başçısı torpaqlarımızın azad olunması uğrunda dünyanın gücləri ilə siyasi və diplomatik mücadilə aparırmış.

Ən əsası isə, İlham Əliyevin torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması mövzusunda düşüncələrinin heç bir vətənpərvərdən fərqlənmədiyi, hamıdan daha artıq azərbaycançı və vətənpərvər olduğu meydana çıxdı.

Təqdirəlayiqdir ki, indi Azərbaycan gəncliyinin səsi dünyanın inkişaf etmiş ölkələrindəki dövlət qurumlarından, nüfuzlu beynəlxalq təşkilatlardan, ən iri şirkətlərdən, elm mərkəzlərindən, nüfuzlu universitetlərdən, konsert salonlarından, idman meydanlarından gəlir.

Qarabağ münaqişəsi kimi yükdən birdəfəlik azad olan dövlətimizin bundan sonra gənclər siyasətində daha böyük layihələri həyata keçirəcəyi şübhəsizdir. Çünki bir gəncin hərtərəfli tərbiyəsi təkcə ailənin deyil, həm də bütün ölkənin taleyi deməkdir. Taleyimizə hər zaman sahib çıxaq!

Xatirə SADİQ,

KONKRET.az

Medianın İnkişafı Agentliyi — Vikipediya

 P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Cənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusuna uyğun olaraq hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*