İranın ali liderinin müşaviri Zəngəzur dəhlizi ilə bağlı yenidən hədələyici açıqlama verib.
KONKRET.az xəbər verir ki, İranın ali lideri Ayətullah Seyid Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi məsələsini gündəmə gətirən tərəfləri növbəti dəfə sərt tənqid edib və açıq şəkildə hədələyib.
Vilayəti bildirib ki, bəzi hökumətlər öz maraqlarına və regionun təhlükəsizliyinə zidd olaraq Zəngəzur dəhlizi mövzusunu yenidən qabardır və bu məsələ üzərindən Cənubi Qafqazda qeyri-qanuni məqsədlərini həyata keçirməyə çalışırlar.
“Regionda və ya ondan kənarda hər hansı bir hökumət keçmişdəki uğursuz təcrübəni təkrarlamağa cəhd edərsə, İranın sərt reaksiyası ilə qarşılaşacaq”, – deyə iranlı rəsmisi vurğulayıb.
Natiq Səlim,
KONKRET.az