Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildibackend

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda göndərilib. Məhsulun keyfiyyət göstəriciləri “APK SOK” Federal Dövlət Büdcə Müəssisəsinin laboratoriyasının mütəxəssisləri tərəfindən yoxlanılıb. Buğda Staropoltavski və İlоvlinski rayonlarında yetişdirilib.

KONKRET.az bakupost.az-a istinadla xəbər verir ki, rusiyalı rəsmi Tatyana Yasinovskayanın sözlərinə görə, Azərbaycanın idxal olunan məhsullara dair öz tələbləri mövcud olduğundan əlavə analizlər də aparılıb. Bu çərçivədə buğdada toksik elementlərin, mikotoksinlərin, pestisid qalıqlarının, radionuklidlərin və GMO-nun olub-olmaması yoxlanılıb.

Aparılan yoxlamaların nəticələrinə əsasən, 4,7 min ton buğdanın hamısı normativ tələblərə uyğun hesab edilib və məhsula keyfiyyət sertifikatları verilib. Buğda dəmir yolu nəqliyyatı vasitəsilə Azərbaycana ixrac olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*