Ermənistan cəmiyyətində revanşist ritorika hələ də davam edir. Ən acınacaqlısı isə bunu ictimai-siyasi xadimlərin dilindən eşitməkdir. Məğlubiyyətləri ilə barışmayan erməni millətçiləri Qarabağın itirilməsini həzm edə bilmir və xalqı mübarizəyə səsləyir.
KONKRET.az xəbər verir ki, iranşünas Vardan Voskanyan da vaxtaşırı cəmiyyətə intiqam alacaqları ilə bağlı mesajlar verir və ictimai rəyi çaşdırmağa çalışır.
O, Qarabağa qayıtmayacaqlarını anlayır və buna görə də faşist təbliğatını davam etdirir: “Bütün mümkün və qeyri-mümkün yollarla ictimaiyyəti inandırmağa çalışırlar ki, Qarabağın yenidən azad edilməsi və ermənilərin ora qayıtması qeyri-mümkündür. Bizi bu reallıqla barışmağa sövq edirlər. Zəiflərə xas olan bu cür qəddar yanaşma məğlub olmuş idmançını xatırladır. Uduzan idmançıya məşq etməyə, revanş döyüşü üçün səy göstərməyə və qələbə sevincindən həzz almağa ehtiyac duyulmadığına inandırmağa çalışmaq həmin idmançını məhv etmək deməkdir. Bizim region da amansız idman meydanını xatırladır, yaşamaq uğrunda mübarizə gedir. Zəif xalqlar məhv edilir, onlar tarix səhnəsini tərk etməyə məcbur olurlar”.
Vəli Həsənov,
KONKRET.az