Vüqar Talıbov: “Qızıl medala hava-su kimi ehtiyacım var idi”backend

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

“Çox sevincliyəm. Azərbaycan xalqına və məşqçilərimizə təşəkkür edirəm. Bu qızıl medala hava-su kimi ehtiyacım var idi”.

KONKRET.az xəbər verir ki, bunu Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüqar Talıbov “Report”un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

90 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı ona inanan şəxsi məşqçisi Ramiz Ramizzadəyə də minnətdar olduğunu bildirib: “Sevinirəm. Uzun müddət medal qazana bilmirdim. Sonuncu dəfə 2019-cu ildə nəticə vermişəm. Qələbəmi ailəmə və şəxsi məşqçimə həsr edirəm. Heç kim mənə güvənməyəndə, onlar mənə inanırdı. Allah şəhidlərimizə rəhmət etsin. Medalımı həm də şəhid qardaşlarıma həsr edirəm”.

İdmançı 1/4 final mərhələsində zədələnən gürcüstanlı rəqibi Tornike Poladişvilini çiynində daşıması barədə danışıb: “Poladişvili ilə şəxsi tanışlığımız var. Ayağının əzildiyini gördüm və onun orada qalmasını istəmədim. Bu, cüdonun gözəllikləridir. Bunu hər kəs etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*