Whatsap mesajlarınıza yalnız bu halda çıxış mümkündür – VACİB MƏLUMATbackend

Whatsap mesajlarınıza yalnız bu halda çıxış mümkündür - VACİB MƏLUMAT

Son illər məhkəmə istintaqları və şəxsi mübahisələr zamanı “Whatsapp” yazışmalarının əldə olunması ilə bağlı suallar gündəmə gəlir. Bəs bu, texniki cəhətdən mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, bu platformada mesajlar “end-to-end encryption” (ucdan-uca şifrələnmə) ilə qorunduğuna görə, onların məzmununa hətta Whatsapp özü belə çıxış edə bilmir.

Vəkil Turan Abdullazadə Ad gününüz mübarək! » XeberTime.Az

Onun sözlərinə görə, Whatsapp mesajları şirkətin serverlərində saxlanılmadığı üçün yazışmaların mətnini rəsmi qaydada əldə etmək mümkün deyil. Yazışmalar yalnız istifadəçilərin cihazlarında və ya onların İcloud, Google Drive kimi ehtiyat nüsxələrində mövcuddursa, ekspertiza yolu ilə çıxarılması mümkündür. Əks halda, mesajlara yalnız göndərən və alan tərəf çıxış edə bilər.

“Dövlət orqanları, polis, prokurorluq və ya təhlükəsizlik qurumları Whatsapp şirkətinə rəsmi müraciət etsə belə, yalnız istifadəçi metadatasını – yəni şəxsin nə vaxt, kimlə əlaqə saxladığını əldə edə bilər. Ancaq mesajların məzmunu təqdim olunmur”, – deyə hüquqşünas bildirib.

Turan Abdullazadənin sözlərinə görə, hüquq-mühafizə orqanları yalnız şəxsin telefonunu ələ keçirib və cihazın şifrəsini sındıra bilibsə, yazışmaları qeyri-rəsmi yolla əldə edə bilərlər.

“Lakin bu halda şəxsi həyata toxunulmazlıq hüququnun pozulması məsələsi ortaya çıxır. Nə Whatsapp şirkəti, nə mobil operator, nə də dövlət qurumları yazışmaların mətnini əldə edə bilər. Yalnız şəxsin cihazı və ya bulud yaddaşı vasitəsilə qeyri-rəsmi şəkildə məlumatlara çıxış mümkün ola bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*